"Koronavirus mədəniyyət gətirdi, pintilər təmizlənir"


Şou-biznes 09 Apr 2020 17:34:00 112 0

"Koronavirus mədəniyyət gətirdi, pintilər təmizlənir"

Əməkdar artist Vasif Məhərrəmli karantin günlərini Qazaxda anasının yanında keçirir.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, müğənni bu haqda "5/5" verilişində deyib. O bildirib ki, kəndə getməyinin səbəbi anasını virusdan qorumaq olub:

"Novruz bayramından sonra gəldim kəndə. Anama görə gəldim bura. Qoymuram kimsə gəlsin-getsin. Ailəm də yanımdadır".

Koronavirusdan danışan Vasif daha sonra "Bu virusdan sonra maşın sürməyi, evimizi, Bakı küçələrində gəzməyi daha çox sevəcəyik. Bizə bir dərs oldu. Rəşid müəllim gözəl söz dedi: Koronavirus dünyaya bir mədəniyyət gətirdi. Görürsüz, əvvəllər pinti olan insanlar, hamı təmizlik edir" sözlərini əlavə edib.