107 yaşlı qadın koronavirusa “qalib gəldi”


Dünya 09 Apr 2020 16:40:39 104 0

107 yaşlı qadın koronavirusa “qalib gəldi”

Niderlanddan olan 107 yaşlı Korneliya Ras koronavirusdan sağalan dünyanın ən yaşlı insanı olub

© photographee.eu Deposit Photos

Niderlandda yaşayan107 yaşlı Korneliya Ras koronavirusdan sağalan dünyanın ən yaşlı insanı olub.

“Report” xəbər verir ki, bu barədə Niderlandın “NU.nl” portalı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsinə istinadən məlumat yayıb.

Portalın məlumatına görə, K.Ras kilsədə virusa yoluxduqdan sonra martın ortalarından xəstəxanada müalicə olunurdu.

O, aprelin 8-də xəstəxanadan evə buraxılıb.