Marşrut xətlərindəki avtobusların hamısı işləyir?


Digərləri 09 Apr 2020 16:53:00 154 0

Marşrut xətlərindəki avtobusların hamısı işləyir?

"Bakıda fəaliyyət göstərən marşrut xətlərində işləyən avtobusların sayı azaldılmayıb".

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağğayev deyib.

Onun sözlərinə görə, ölkədə xüsusi karantin rejimi tətbiq edilməsinə baxmayaraq, marşrut xətlərindəki avtobusların hamısı işləyir:

"Baxmayaraq ki, karantin rejimidir, Bakı Nəqliyyat Agentliyi bütün daşıyıcılara tapşırıq verib. Bilirsiniz ki, ölkədə xüsusi karantin rejimi olduğundan sərnişinlərin sayı 60-70 faiz azalıb və bu da sahibkarlara ziyandır. Buna baxmayaraq, bütün daşıyıcılar xətlərdəki avtobusların hamısını daşımaya cəlb edib. Hazırda hansısa marşrut üzrə avtobusun ləngiməsi karantin şərtləri daxilində tam normaldır".