Gürcüstanda fövqəladə vəziyyətin müddəti uzadıla bilər


Dünya 09 Apr 2020 13:33:47 97 0

Gürcüstanda fövqəladə vəziyyətin müddəti uzadıla bilər

Gürcüstanda fövqəladə vəziyyətin müddətinin uzadılacağı istisna edilmir.

Gürcüstanda fövqəladə vəziyyətin müddətinin uzadılacağı istisna edilmir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Baş naziri Giorgi Qaxaria bildirib.

Onun sözlərinə görə, bu barədə qərar Gürcüstanda epidemioloji vəziyyətin dinamikasından asılı olacaq.

Baş nazir deyib ki, vətəndaşların sağlamlığını qorumaq əsas vəzifədir.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq qonşu ölkədə aprelin 21-dək fövqəladə vəziyyət elan edilib.