"Euronews" Heydər Əliyev Mərkəzinin COVID19 yayılan ölkələrlə həmrəyliyini nümayiş etdirdi VİDEO


Digərləri 09 Apr 2020 13:30:00 128 0

"Euronews" Heydər Əliyev Mərkəzinin COVID19 yayılan ölkələrlə həmrəyliyini nümayiş etdirdi  VİDEO

"Euronews" televiziya kanalı Heydər Əliyev Mərkəzinin COVID-19 yayılan ölkələrlə həmrəyliyini nümayiş etdirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Mərkəzin müxtəlif ölkələrin dövlət bayraqlarını əks etdirdiyi videoproyeksiyalar kanalın "Şərhsiz" bölümündə yayımlanıb.

Qeyd edək ki, aprelin 3-dən başlayaraq hər gün virusdan zərərçəkən bir dövlətin bayrağı həmin ölkənin musiqinin sədaları altında Mərkəzin binası üzərinə proyeksiya olunur. Videoproyeksiya ölkələrin adlarının ingilis dilindəki əlifba ardıcıllığına uyğun olaraq həyata keçirilir. Bununla Heydər Əliyev Mərkəzi "COVID-19"un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.