Koronavirusdan qorunmaq üçün alışverişdən sonra bunları edin!


Digərləri 09 Apr 2020 13:49:00 116 0

Koronavirusdan qorunmaq üçün alışverişdən sonra bunları edin!

COVID-19-dan qorunmaq üçün alış-verişdən sonra təmizliyə diqqət etmək lazımdır.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) hazırladığı təlimatda bildirilib.

Qeyd edilib ki, alınan qida məhsulları mətbəxə yerləşdirildikdən sonra əlləri, mətbəx mebelini və digər səthləri yumaq lazımdır.

Bundan əlavə, su keçirməyən materiallarla qablaşdırılmış qida məhsulları sabunlu su ilə yuyulub durulandıqdan sonra soyuducuya yerləşdirilməlidir.