Rusiyanın bu vilayətində bütün koronavirus xəstələri bir kənddə yaşayır


Dünya 09 Apr 2020 07:11:32 82 0

Rusiyanın bu vilayətində bütün koronavirus xəstələri bir kənddə yaşayır

Rusiyanın Yəhudi Muxtar Vilayətində COVD-19 infeksiyasının aşkarlandığı altı nəfərin hamısının Amurzet kəndində yaşadığı aşkarlanıb.

Rusiyanın Yəhudi Muxtar Vilayətində COVD-19 infeksiyasının aşkarlandığı altı nəfərin hamısının Amurzet kəndində yaşadığı aşkarlanıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə region hökumətinin mətbuat xidməti bildirib.

Qeyd edilir ki, çərşənbə günü regionda xəstələrin sayı 3 nəfərdən altı nəfərə qədər artıb. Onlar arasında virusa yoluxmuş şəxslə təmasda olmuş gənc ailə də var. Vilayətdə özünü təcridetmə rejimi tətbiq edilib.

"Virusa yoluxması təsdiq edilmiş 6 nəfərin hamısı Yəhudi Muxtar Vilayətinin Amurzet kəndindəndir. İndi bütün pasiyentlər koronavirus infeksiyası üzrə yoluxucu xəstəxanadadır. Vəziyyət nəzarət altındadır. İnfeksiyanın yayılması iki ailədə erkən mərhələdə lokallaşdırılıb", - xəbərdə deyilir.