Fransada koronavirusdan ölənlərin sayı 10,8 mini ötüb


Dünya 09 Apr 2020 07:05:00 129 0

Fransada koronavirusdan ölənlərin sayı 10,8 mini ötüb

Fransada yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 10,8 mini ötüb, 7 mindən çox insan intensiv terapiya və ya reanimasiya şöbələrindədir.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə İdarəsinin baş direktoru Jerom Salomon deyib.

J.Salomon bildirib: "Martın 1-dən koronavirusa yoluxanlar arasında 7 632 ölüm halı qeydə alınıb. Onların 82 faizi 70 yaşdan yuxarıdır".

Ümumilikdə əlkədə koronavirusdan ölənlərin sayı son sutka ərzində 541 nəfər yüksələrək 20 869-a yüksəlib.