Koronavirusu 48 saat içində məhv edən dərman tapıldı


Digərləri 08 Apr 2020 23:38:00 127 0

Koronavirusu 48 saat içində məhv edən dərman tapıldı

Avstraliyalı araşdırmaçılar parazitlərə qarşı tibdə istifadə edilən "ivermektin" preparatı hüceyrələrdə SARS-CoV-2 virusunun çoxalmasının qarşısını ala bildiyi qənaətinə gəliblər.

Son.az medicina.az-a istinadən bildirir ki, araşdırma qrupunun rəhbəri Kayli Vaqstaf dərmanın həm parazitlərə, həm də viruslara qarşı yaxşı nəticələr göstərdiyini qeyd edib.

Hazırda lazım olan dozanın miqdarının müəyyən edilməsi üçün preparat insanlar üzərində sınaqdan keçirilməlidir.

Alimlər araşdırmanın davam etdirilməsi üçün vəsait axtarır.