Koronavirusa yoluxma hallarının sayı ikiqat artıq ola bilər Alimlərdən xəbərdarlıq


Digərləri 08 Apr 2020 23:29:00 129 0

Koronavirusa yoluxma hallarının sayı ikiqat artıq ola bilər  Alimlərdən xəbərdarlıq

Koronavirusa yoluxma hallarının yarısında heç bir simptom olmur.

Son.az medicina.az-a istinadən bildirir ki, mütəxəssislər İslandiyadan, İtaliyanın karantin altındakı Vò şəhərindən və Yaponiyadakı Diamond Princess kruiz gəmisindən topladıqları məlumatları təhlil ediblər.

Tədqiqatda yeni tip korona virusunun (Covid-19) xəstələrinin yarısında, daşıyıcı olmasına baxmayaraq quru öskürək, qızdırma və oxşar simptomların olmadığı məlum olub.

Tədqiqatın nəticələrinə əsasən mütəxəssislər yalnız simptomlardan şikayət edənlərin test yoxlanışının koronavirusla mübarizə üçün kifayət etmədiyini bildirib.