Məşhur yazıçı koronavirusdan evdə sağaldı "Bütün simptomlar var idi"


Dünya 08 Apr 2020 22:55:00 99 0

Məşhur yazıçı koronavirusdan evdə sağaldı  "Bütün simptomlar var idi"

Dünyada "Harri Potter" əsəri ilə tanınan məşhur yazıçı Coan Roulinq də koronavirusa yoluxub və o evdə müalicəsini alıb.

Son.az medicina.az-a istinadən bildirir ki, o Tvitterdə video paylaşaraq həkimin ona evdə müalicə üçün nə məsləhətlər verdiyini göstərib.

"Son 2 həftədə məndə koronavirusun bütün əlamətləri başladı. Düzdür, test olunmayıb. Mənə həkimlər telefonla evdə özümə yardim üçün kömək etdilər. Onların göstərişlərinə əməl etdilkcə, yaxşılaşma başladı.

Koronavirus əlamətlərini hiss edən kimi mütləq həyati vacib dərin nəfəs alma texnikasını tətbiq etməlisiz. Həkimlərin sözlərinə görə, bu metod xəstələrdə ikincili pnevmoniya yaranmasının qarşısını alır".