Bakıda “Toyota” ilə “KamAZ” toqquşub


Digərləri 08 Apr 2020 21:57:00 116 0

Bakıda “Toyota” ilə “KamAZ” toqquşub

Bakı şəhərinin Xəzər rayonunda "Toyota" markalı minik avtomobili və "KamAZ" markalı yük avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.