İtaliyada üzərində yük maşını olan körpü uçub


Dünya 08 Apr 2020 21:15:00 106 0

İtaliyada üzərində yük maşını olan körpü uçub

İtaliyanın şimalındakı Toskana vilayətində çay üzərindən keçən avtomobil körpüsü uçub.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə zamanı körpünün üzərində yük maşını olub.

Maşının sürücüsü xilas edilib, başqa xəsarət alan olmayıb.

Hazırda hadisə yerində xilasedicilər işləyir, qəza ilə bağlı araşdırma aparılır.