Aybəniz Haşımova: Sağlamlığımızı qorumaq, rahatlığımıza qovuşmaq üçün məsuliyyətli və səbrli olmalıyıq


Digərləri 08 Apr 2020 20:45:00 119 0

Aybəniz Haşımova: Sağlamlığımızı qorumaq, rahatlığımıza qovuşmaq üçün məsuliyyətli və səbrli olmalıyıq

Sağlamlığımızı qorumaq, rahatlığımıza qovuşmaq üçün məsuliyyətli və səbrli olmalıyıq.

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında Azərbaycanın Əməkdar artisti Aybəniz Haşımova deyib.

Onun sözlərinə görə, indiki halda evdə qalmaq və səbrli olmaq lazımdır:

"Mən hər birimizə səbr, dözüm arzu edirəm. Başa düşürəm ki, evdə qalmaq bəzi insanlarımız üçün çox çətindir. Bəzi insanların maddi durumları, gündəlik həyat qayğıları onları səbrsiz edir. Bu prosesi yaşamaq onlara ağır gəlir. Amma unutmamalıyıq ki, sağlamlıq hər şeydən üstündür. Həm də dövlətimiz bütün bunları nəzərə alır, vətəndaşını qorumaq üçün əlindən gələni edir".

Əməkdar artist bildirib ki, hər kəs əzizlərini, qohumlarını düşünərək bu virusdan qorunmalı, xüsusi karantin rejiminin qaydalarına əməl etməlidirlər:

"Mən özüm eyni həyətdə yaşadığım övladıma yaxın getmirəm. Bu, çox çətindir. Amma neyləmək olar ki, vəziyyət belədir, bir-birimizi qorumaq məcburiyyətindəyik. Bu virus gözəgörünməz düşməndir. Evdən çıxmaq, insanlarla təmasda olmaq çox təhlükəlidir. Çünki bilmirsən ki, kim infeksiyaya yoluxub, kim səndən əvvəl bu liftə minib, bu küçədən keçib".

A.Haşımova qeyd edib ki, bir insanın məsuliyyətsiz davranışı yüzlərlə insanı təhlükə altında qoya bilər: