Koronavirus GPS peykinin buraxılışını təxirə saldı


Dünya 08 Apr 2020 20:04:00 144 0

Koronavirus GPS peykinin buraxılışını təxirə saldı

ABŞ Hərbi Hava Qüvvələrinin Kosmik və Raket Sistemləri Mərkəzi üçüncü nəsil GPS naviqasiya peykinin (GPS III) buraxılışını təxirə salıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, qərar koronavirus epidemiyası ilə əlaqədar qəbul edilib.

GPS peyki aprelin sonunda buraxılmalı idi. Yeni qərara əsasən, buraxılış Kanaveral kosmodromunda iyunun 30-da baş tutacaq

Qeyd edək ki, hazırda GPS peyk sisteminə 31 peyk daxildir.