Koronavirusdan sağalanlar arasında 82 yaşlı şəxs də var


Digərləri 08 Apr 2020 18:51:00 102 0

Koronavirusdan sağalanlar arasında 82 yaşlı şəxs də var

Azərbaycanda koronavirusdan sağalan xəstələr arasında 82 yaşlı şəxs də var. Sağalma insanın immun vəziyyətinin xəstəliyə verdiyi cavabla bağlıdır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında qərargahın üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı deyib.

TƏBİB sədri qeyd edib ki, Azərbaycanda koronavirusdan ölən insanların hamısı yanaşı gedən xəstəlikləri olan şəxslər olub.

R.Bayramlı qeyd edib ki, bu gün bir çox xəstələr xəstəliyin gecikmiş mərhələsində müraciət edirlər: