Azərbaycanda həkimlər arasında da koronavirusa yoluxma halları mövcudddur


Digərləri 08 Apr 2020 18:26:00 106 0

Azərbaycanda həkimlər arasında da koronavirusa yoluxma halları mövcudddur

Azərbaycanda həkimlər arasında da koronavirusa yoluxma halları mövcuddur.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında qərargahın üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı deyib.

TƏBİB sədri qeyd edib ki, pandemiya xəstəxanasında cəmi bir yoluxma halı baş verib. Yoluxmalar əsasən, pandemiya ilə məşğul olmayan tibb müəssisələrində baş verib:

"Burada asimptomatik pasiyentlər digər patologiyalarla müraciət edirlər. Orada tibb müəssisəsində çalışan personal, xüsusilə orta tibb personalı öz işinə məsuliyyətsiz yanaşdıqda belə hal baş verir. Dünyanın inkişaf etmiş ölkələri ilə müqayisədə Azərbaycanda tibb işçilərinin yoluxması halları o qədər çox deyil. Tibb müəssisələrimiz lazım olan qoruyucu vasitələrlə təmin edilib".