Ramin Bayramlı: Bu gün karantində 3 mindən çox vətəndaş saxlanılır


Digərləri 08 Apr 2020 18:01:00 111 0

Ramin Bayramlı: Bu gün karantində 3 mindən çox vətəndaş saxlanılır

Bu gün Azərbaycanda 2 yaşdan başlamış 89-90 yaşa qədər xəstələrimiz var.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında qərargahın üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı deyib deyib.

Onun sözlərinə görə, bu gün vəziyyəti həddindən artıq kritik olan 1 xəstə qadın var:

"Həmin qadında yanaşı gedən xəstəlik- onkoloji xəstəlik var. Onu xüsusi vurğulayım ki, onkoloji, astma və digər yanaşı xəstəlikləri olanlar koronavirus xəstəliyini daha ağır keçirirlər. Ağır vəziyyətdə olan xəstələrimizin əksəriyyəti də belə xəstələrdir".

R.Bayramlı qeyd edib ki, bu gün Azərbaycanda karantində 3000-dən çox vətəndaş saxlanılır. ötən həftə karantində saxlanılanların sayı 4000-ə yaxın idi.