Avtomobil qaçıran şəxs saxlanıldı


Digərləri 08 Apr 2020 18:04:00 85 0

Avtomobil qaçıran şəxs saxlanıldı

Şamaxı şəhər sakini E.Qədirova məxsus avtomobili qaçırmaqda şübhəli bilinən A.İsmayılov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 5-nə keçən gecə şəhər sakini E.Qədirova məxsus "VAZ-2107" markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş A.İsmayılov saxlanılmışdır.