Harvard professoru koronavirusu hazırlayıb, Çinə satıb?


Dünya 08 Apr 2020 17:33:00 89 0

Harvard professoru koronavirusu hazırlayıb, Çinə satıb?

Bir neçə gün əvvəl mətbuatda koronavirusun ABŞ-da hazırlanıb, Çinə satılması ilə bağlı məlumatlar yayılıb. Bu tip xəbərlər müxtəlif dillərə tərcümə edilərək Facebook-da 79 min dəfə paylaşılıb. Məlumatda qeyd olunub ki, Harvard universitetinin professoru Dr.Charles Lieber buna görə saxlanılıb.

Məlumatlar: "Koronavirusu ABŞ-da istehsal edib, Çinə satan professor həbs olundu" tipli başlıqlarla minlərlə dəfə paylaşılıb.

Son.az xəbər verir ki, Reuters agentliyi məsələyə aydınlıq gətirib.

Agentlik bildirir ki, professor Dr.Charles Lieber və Harvard universitetindəki çinli mütəxəssislər saxlanılması barədə məlumatlar doğrudur. Lakin onların virusu yaradıb, Çinə satması ilə bağlı qeyd olunanlar yanlışdır.