Britaniya baş nazirinin son durumu açıqlandı


Dünya 08 Apr 2020 17:13:17 107 0

Britaniya baş nazirinin son durumu açıqlandı

Boris Consonun vəziyyəti ağırlaşdığından reanimasiya və intensiv terapiya şöbəsinə köçürülmüşdü

Boris Conson

Böyük Britaniyanın baş naziri Boris Consonun klinik vəziyyəti sabitdir.

“Report” “Haber7”yə istinadən xəbər verib ki, bu barədə hökumət açıqlama yayıb.

Bildirilib ki, hazırda Boris Conson özü nəfəs alır və müalicəsi davam edir.

Qeyd edək ki, aprelin 6-da koronavirusa yoluxmuş baş nazirinvəziyyəti ağırlaşdığından reanimasiya və intensiv terapiya şöbəsinə köçürülmüşdü.