"Rosatom"un əməkdaşları koronavirusa yoluxdu


Dünya 08 Apr 2020 16:35:00 101 0

"Rosatom"un əməkdaşları koronavirusa yoluxdu

Onlar Belarus Atom Elektrik Stansiyasının tikintisi ilə bağlı Qrodnen vilayətinə ezam olunublarmış

Rusiya Atom Enerjisi Agentliyinin 15 əməkdaşınakoronavirus diaqnozu qoyulub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədəBelarusun səhiyyə naziri Vladimir Karanik məlumat verib.

Bildirilib ki, onlar Belarus Atom Elektrik Stansiyasının tikintisi ilə bağlı Qrodnen vilayətinə ezam olunublarmış.

Qeyd edək ki, Belarus AES iki enerji blokundan ibarətdir. Birinci blokun 2020-ci, ikincinin isə 2021-ci ildə istifadəyə verilməsi planlaşdırılıb.