Almaniyada koronavirusdan ölən türklərin sayı artdı


Dünya 08 Apr 2020 16:04:25 93 0

Almaniyada koronavirusdan ölən türklərin sayı artdı

Almaniyada koronavirusa yoluxanların sayı 107 659, ölənlərin sayı isə 2 017 nəfərdir

Almaniyada Türkiyə əsilli daha 5 nəfər koronavirusdan ölüb.

“Report” “CNNTurk”ə istinadənxəbər verir ki, onlardan3-ü qadındır.

Ölümlər Nürnberq, Köln, Ştutqart və Essen bölgələrində qeydə alınıb.

Vəfat edənlərin ailə üzvlərinin bəzilərində koronavirusla bağlı testin nəticəsi müsbət olduğundan onlar yaşadıqları evdə karantinə alınıblar.

Bununla da Almaniyada koronavirusdan ölən Türkiyə əsillilərin sayı 42-yə çatıb.

Qeyd edək ki, Almaniyada koronavirusa yoluxanların sayı 107 659, ölənlərin sayı isə 2 017 nəfərdir.