Marneulidə gəncin evindən “Kalaşnikov” tapıldı


Dünya 08 Apr 2020 15:53:48 148 0

Marneulidə gəncin evindən “Kalaşnikov” tapıldı

Gürcüstanın Marneuli rayonunda 24 yaşlı gənc saxlanılıb.

Gürcüstanın Marneuli rayonunda 24 yaşlı gənc saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

Həmin şəxs qanunsuz olaraq silah-sursatı əldə etməkdə və saxlamaqda ittiham olunur.

Gəncin yaşadığı evdə və evin həyətində aparılan axtarış zamanı 1 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd patron darağı və 20 ədəd patron müsadirə edilib.

Faktla bağlı istintaq aparırılır.

Gəncin günahı sübuta yetirilərsə, onu üç ildən altı ilədək həbs cəzası gözləyir.