"Evdən işləyin" Koronavirus porno sahəsini də "vurdu"


Dünya 08 Apr 2020 15:19:00 257 0

"Evdən işləyin"  Koronavirus porno sahəsini də "vurdu"

Porno şirkəti koronavirusa görə işçilərinə evdən video çəkməyi tapşırıb

Koronavirus porno sahəsinə də öz təsirini göstərib.

Son.az Nyu-York Post-a istinadla bildirir ki, hazırda bir çox ölkələrdə koronavirusla əlaqədar olaraq sosial izolyasiya tədbirləri həyata keçirilir. Bu səbəbdən də film və serial çəkilişləri, eləcə də, porno studiyalarında çəkilişlər dayandırılıb.

Los-Ancelesdəki porno şirkətlərindən biri işçilərinə evdən işləməyi tapşırıb. Belə ki, şirkətin məlumatında işçilərin evdə porno çəkmələri tövsiyə olunub. Həmçinin onlara kamera, seks oyuncaqları, alt paltarları və başqa vasitələr almaq üçün pul da ödənilib.

Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni tip koronavirusu pandemiya elan edib. Ən son statistikaya görə, koronavirusa dünya üzrə 1,432,098 nəfər yoluxub. 82,099 nəfər bu virusdan ölüb, 302,247 nəfər isə sağalıb. Hazırda ən çox ölüm halları ABŞ, İtaliya, İspaniya və Fransada baş verir.