Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən ianələr artıb


Digərləri 08 Apr 2020 10:45:00 108 0

Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən ianələr artıb

Koronavirusla Mübarizəyə Dəstək Fonduna indiyədək köçürülən ianənin məbləği məlum olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu günə kimi Fonda 110 813 763 manat vəsait köçürülüb.

İanə köçürən şəxslər arasında 2692 hüquqi, 8223 fiziki şəxs var.

Xatırladaq ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu Prezident İlham Əliyevin fərmanı ilə martın 19-da yaradılıb.

Koronavirusla Mübarizəyə Dəstək Fondunun məqsədi koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.