Rahib Məmmədov: "Bu gün biz bir olub virusun yayılmasının qarşısını ala bilərik" VİDEO


Digərləri 08 Apr 2020 10:38:00 122 0

Rahib Məmmədov: "Bu gün biz bir olub virusun yayılmasının qarşısını ala bilərik"  VİDEO

Azərbaycanda koronavirusun qarşısını almaq üçün hər birimizin evdə qalmağı vacibdir.

Son.az xəbər verir ki, bunu Trend-ə İslam Oyunlarının gümüş mükafatçısı Rahib Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycanda virusun yayılması davam edir:

"Bu virus bütün dünyada yayılıb və hər kəs bu virusla mübarizə aparır. Mən bir vətəndaş kimi sizdən xahiş edirəm. Bu gün biz bir olub virusun yayılmasının qarşısını ala bilərik. Dövlətimiz bu virusun qarşısını almaq üçün əlindən gələni edir. Biz də bir vətəndaş kimi əlimizdən gələni etməliyik. Məcbur olmadıqca evinizdən çölə çıxmayın. Özünüzü və ətrafınızdakıları qoruyun. Çünki bu həyatda heç nə sağlamlığınızdan vacib deyil. Evdə qalın, sağlam qalın".

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.