ABŞ-da gün ərzində koronavirusdan rekord sayda insan öldü


Dünya 08 Apr 2020 05:23:28 87 0

ABŞ-da gün ərzində koronavirusdan rekord sayda insan öldü

ABŞ-da sutka ərzində koronavirusdan rekord – 1 700 ölüm hadisəsi baş verib.

ABŞ-da sutka ərzində koronavirusdan rekord sayda ölüm hadisəsi qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə CNN telekanalı federal və yerli hakimiyyət orqanlarının statistikası əsasında hesablamalar aparan Con Hopkins Universitetinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, son gündə Birləşmiş Ştatlarda1 700 nəfər pandemiyanın qurbanı olub. Daha əvvəlCon Hopkins UniversitetiBirləşmiş Ştatlarda pandemiya qurbanlarının sayının 12 min 21 nəfər təşkil etdiyini bildirib. Bildirilirdi ki, ölkədə koronavirusa təsdiq edilmiş yoluxma hallarının 383 min nəfərə çatıb, virusa yoluxmuş 20 min xəstə sağalıb.

Çin hakimiyyəti ötən ilin 31 dekabrında Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) Uhan şəhərində yeni pnevmaniyanın yayılması barədə məlumatlandırıb. ÜST martın 11-də koronavirusu pandemiya elan edib.

Son məlumatlara görə, dünyada koronavirus qurbanlarının sayı 80 min nəfəri ötüb. COVID-19 infeksiyasına yoluxanların sayı 1,4 milyon nəfərdən çoxdur.