Pentaqon koronavirusa qarşı vaksinin sınağına başladı
Dünya 08 Apr 2020 04:04:00 162 0
Pentaqon koronavirusun müalicəsi üçün nəzərdə tutulan vaksinin sınaqlarına başlayıb.
Son.az axar.az-a istinadən xəbər verir ki, bu barədə amerikalı general Pol Fridrix jurnalistlərə açıqlamasında deyib.
O, sınaqların bir neçə ay davam edəcəyini bildirib:
"Biz testlərə bu gün başladıq. Lakin vaksinin artıq hazır olduğunu deyə bilmərik. Proses həftələrlə deyil, aylarla davam edəcək".
Fridrix qeyd edib ki, vaksinin bir neçə növü artıq heyvanlar üzərində dərhal təhlükəsiz şəkildə sınaqdan keçirilir:
Mənbə: milli.az