SSRİdə qara çiçək epidemiyası cəmi 19 günə necə dəf edilib?


Digərləri 07 Apr 2020 22:35:00 164 0

SSRİdə qara çiçək epidemiyası cəmi 19 günə necə dəf edilib?

Çoxları indi deyir, heç SSRİ dövründə epidemiya, pandemiya yox idi. Necə oldu, elm, tibb, dünya inkişaf edib, indi virusların əlində əsir olub?

SSRİ illərində də indiki kimi və daha da ağır dəhşətli bir epidemiya baş vermişdi. Amma bu hadisə çox gizli saxlanıldı, hökumət və sovet səhiyyəsi epidemiyanı 19 günə nəzarətə alıb söndürdü. Bu, qara çiçək xəstəliyi idi.

Son.az medicina.az-a istinadən 1959-cu ildə baş vermiş maraqlı tibbi tarixi faktı təqdim edir.

1959-cu ilin 23 dekabrında Dehlidən Moskvaya enən təyyarədən enən bir insan bütün SSRİ üçün təhlükəyə çevriləcək bir xəstəliyin törədicisini gətirmişdi.

Bu adam rəssam Aleksey Kokorekin idi. O, ağlına belə gətirməzdi ki, Moskva qara çiçək epidemiyasını onunla başlayacaq.

SIFIRINCI PASİYENT

Kokorekin hələ uçuşda ikən özündə yüngül qrip, soyuqdəymə hiss etmişdi, amma soyuq dekabrda bu ona qəribə gəlməmişdi. Amma gəldiyi günün gecəsi onun hərarəti yüksəldi, güclü öskürək, boğulma və bütün bədənində ağrılar başladı.

Səhəri getdiyi poliklinika həkimi ona adəti üzrə qrip diaqnozu qoyub, dərmanlar yazdı. 3 gün ərzində dərmanlar heç bir effekt vermirdi, əksinə vəziyyət pisləşirdi və rəssamın bədənini qəribə səpkilər örtməyə başladı. Yenidən həkimlərə gedən rəssamın bədəninə bir professor və bir qrup gənc həkim ordinatorlar müayinə edirdi. Orda olan gənc qız ordinator qara çiçəyə bənzətdiyini desə də, yaşlı professorlar ona güldü və razılaşmadılar

Xəstəni qripli xəstələrin olduğu ümumi palataya yerləşdirib, müalicəyə başlanıldı. 29 dekabrda Aleksey Kokorekində bütün həyati orqanlar imtina etdi və o öldü. Həkimlər 53 yaşlı güclü, sağlam kişinin adi səpki və hərarətdən ölməsinə təəccübləndilər, amma Yeni il ərəfəsi olduğu üçün heç kim bu işlə ciddi məşğul olmadı, çünki professorlar yeni ili xəstəxanada keçirmirdilər. Məhz yeni ilin ortaya düşməsi bu dəhşətli faciənin əsasını qoydu.

Tibdə yunanca adı Variola Vera olan təbii və ya qara çiçək dünyanın ən dəhşəti yoluxucu xəstəliklərindəndir.

O, hələ VIII əsrdən mövcuddur və Yer üzündən milyonlarla insanı, şəhəri, kəndi silib. XVI əsrdə Amerika qitəsini işğal edən avropalılar yerli aborigenlərdən asan yolla xilas olmaq üçün onların arasına qəsdən bu xəstəliyi salmışdılar və nəticədə 1 milyon yarım Amerikan hindusu ölmüşdü. Sovet İttifaqında da 1919-cu ildə 186 min insan bu xəstəliyə yoluxmuşdu, amma 1936-cı ildə xəstəlik yoxa çıxmışdı.

EPİDEMİYANIN BAŞLANMASI

Kokorekinin ölümündən 1 həftə sonra palata və xəstəxanada bir çox xəstələrdə eyni simptomlar başladı: titrəmə, qızdırma, bədəndə səpki.

Artıq yeni 1960-cı ildaxil olmuşdu və həkimlər işə çıxırdılar. Vəziyyətin kontroldan çıxdığını görən baş həkim Vaksinlər və infeksiyalar üzrə Elmi İnstitutun əməkdaşlarını dəvət edir. Cəmi 2 saata Kremlə rəsmi məlumat verilir: Moskvaya qara çiçək gəlib.