İtaliyada pandemiya qurbanlarının sayı 17 mini ötdü


Dünya 07 Apr 2020 20:32:24 111 0

İtaliyada pandemiya qurbanlarının sayı 17 mini ötdü

İtaliyada son sutka ərzində daha 604&nəfər koronavirusun qurbanı olub.

İtaliyada son sutka ərzində daha 604nəfər koronavirusun qurbanı olub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Xidmətinin rəhbəri Andjello Borelli məlumat verib.

O deyib ki, bununla da ölkədə COVID-19 infeksiyasından ölənlərin sayı 17 127nəfərə çatıb.

Bundan başqa, İtaliyada koronavirusa yoluxma halları daha 3039 nəfər artaraq 135 586-ya çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 380 000-i ötüb. Bunların 297 583 nəfəri sağalıb, 79 068nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.