ABŞ-da pandemiya qurbanlarının sayı 11 minə çatır


Dünya 07 Apr 2020 18:37:26 100 0

ABŞ-da pandemiya qurbanlarının sayı 11 minə çatır

ABŞ-da son sutkada&daha 1 339 nəfər pandemiyanın qurbanı olub.

ABŞ-da son sutkadadaha 1 339 nəfər pandemiyanın qurbanı olub.

“Report” xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, ölkədə koronavirusdan ölənlərin sayı 10 993 nəfərə çatıb.

Bundan başqa, ABŞ-da son bir gündə infeksiya daşıyıcılarının sayıdaha 30 478 nəfər artaraq368 449-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 365 000-i ötüb. Bunların 293 879 nəfəri sağalıb, 76 488 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.