Daha bir ölkədə koronavirusdan ilk ölüm faktı qeydə alındı


Dünya 07 Apr 2020 17:27:29 114 0

Daha bir ölkədə koronavirusdan ilk ölüm faktı qeydə alındı

Koronavirusdan ölənlərin sayı durmadan artır

Afrikanın Malavi ölkəsində koronavirusa yoluxmuş şəxs ölüb.

“Report” xəbər verir ki, bu barədə məlumatı yerli MANA agentliyi yayıb.

Məlumata görə, ölən 51 yaşlı qadındır. O, ölkədə qeydə alınan 5-ci koronavirus daşıyıcısı olub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 363 000-i ötüb. Bunların 293 833 nəfəri sağalıb, 76 383 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.