BMT-nin Cenevrədəki əməkdaşları da koronavirusa yoluxdu


Dünya 07 Apr 2020 16:31:00 93 0

BMT-nin Cenevrədəki əməkdaşları da koronavirusa yoluxdu

“Report” xəbər verir ki, bu barədə TASS təşkilatın Cenevrə qərargahının nümayəndəsi Alessandra Velluççiyə istinadən məlumat yayıb.

BMT-nin Cenevrədəki 10 əməkdaşı koronavirusa yoluxub.

“Report” xəbər verir ki, bu barədə TASS təşkilatın Cenevrə qərargahının nümayəndəsiAlessandra Velluççiyə istinadən məlumat yayıb.

Velluççi bildirib ki, yoluxanlardan ikisi Ticarət və İnkişaf Konfransı katibliyində, ikisi Ətraf Mühit Proqramının regional ofisində və biri Qaçqınlar üzrə Ali Komissarlığın idarəsində çalışanlardır.

Aprelin 3-də A.Velluççi BMT-nin dünyanın müxtəlif bölgələrindəki bölmələrində 111 insanın koronavirusa yoluxduğunu söyləmişdi.