Sağlamlıq imkanları məhdud uşaqlar üçün dərslər "Microsoft Teams" platforması üzərindən aparılır FOTO


Digərləri 07 Apr 2020 16:10:00 151 0

Sağlamlıq imkanları məhdud uşaqlar üçün dərslər "Microsoft Teams" platforması üzərindən aparılır  FOTO

Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 219 nömrəli evdə təhsil məktəbinin distant mərkəzində sağlamlıq imkanları məhdud uşaqlar üçün dərslər "Microsoft Teams" platforması üzərindən aparılır.

İdarədən Son.az-a verilən məlumata görə, sağlamlıq imkanları məhdud uşaqların evdə təhsili artıq 9 ildir distant formada təşkil olunur.

Hazırda distant tədris mərkəzində çalışan pedaqoji heyətin üzvləri sağlamlıq imkanları məhdud 19 şagirdin evdə təhsilini distant formada təşkil edir.

Məktəbin pedaqoji kollektivi tərəfindən öncə şagirdlər siniflərdə qruplaşdırılır. Müvafiq tədris materialları ilə təmin olunan müəllimlər hazırladıqları tapşırıqları platformada yerləşdirirlər. Dərslərdə hər bir şagirdin fərdi xüsusiyyətləri nəzərə alınmaqla müxtəlif elektron resurslardan, video materiallardan və test nümunələrindən istifadə olunur.