Yaponiyada fövqəladə vəziyyət elan edilib


Dünya 07 Apr 2020 14:11:00 190 0

Yaponiyada fövqəladə vəziyyət elan edilib

Yaponiyanın Baş naziri Şinzo Abe paytaxt Tokioda, Osaka şəhərində, eləcə də digər 5 prefekturada fövqəladə vəziyyət elan edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, fövqəladə vəziyyət aprelin 8-də qüvvəyə minəcək.

Bu qərarın bir ay müddətində qüvvədə olacağı deyilir.

Qərara əsasən, prefekturaların qubernatorları məktəbləri və iş yerlərini bağlaya biləcək.

Qeyd edək ki, bu günədək Yaponiyada 3 906 nəfər koronavirusa yoluxub, 92 nəfər həyatını itirib.