Yeni Zelandiyanın səhiyyə naziri karantin rejimini 2 dəfə pozdu,


Dünya 07 Apr 2020 13:53:00 190 0

Yeni Zelandiyanın səhiyyə naziri karantin rejimini 2 dəfə pozdu,

Yeni Zelandiyanın Səhiyyə naziri Devid Klark karantin rejimini pozub.

Son.az Trend-ə istinadən xəbər verir ki, nazir velosipedlə yaşayış yerindən uzaqlaşıb.

Daha sonra o, ailəsi ilə birlikdə çimərliyə getdiyini etiraf edib.

Karantin rejimini iki dəfə pozduğu üçün üzr istəyən D.Klark istefa verməyə hazır olduğunu deyib.

Baş nazir Casinda Ardern koronavirus epidemiyasının davam etməsi ilə əlaqədar istefanı hələlik qəbul etməyib.