Kontakt Home xüsusi rejimli xəstəxanalara yardım etdi


Digərləri 07 Apr 2020 11:30:00 152 0

Kontakt Home xüsusi rejimli xəstəxanalara yardım etdi

COVID-19 (koronavirus) səbəbindən karantində saxlanılan və müalicə alan həmyerlilərimizin ehtiyaclarını qarşılamaq məqsədilə Kontakt Home mağazalar şəbəkəsi xüsusi rejimli Qobustan və Masallı Rayon Mərkəzi Xəstəxanalarına elektronika məhsulları yollayıb. Bu barədə şirkətdən məlumat veriblər.

Məhsullar göndərilməzdən öncə xəstəxanaların ehtiyacları öyrənilib. Xəstəxanalardan verilən məlumata əsasən, pasientlərin ən çox ehtiyac duyduqları əşyalar əyləncə, musiqi ilə bağlı elektronika məhsullarıdır. Bu ehtiyacları qarşılamaq üçün şirkət qeyd olunan xəstəxanalara smart televizorlar, AiləTV paketləri, musiqi mərkəzləri və portativ aksutika məhsulları göndərib.

"Əlbəttə ki, fədakar tibb işçilərimiz bu dəqiqə onların sağlamlığı üçün əllərindən gələni əsirgəmirlər. Amma deyirlər xoş əhval-ruhiyyə də immuniteti gücləndirir. Ona görə soydaşlarımızın əhvalını xoş tutmaq, onları pozitiv dalğaya kökləmək və özlərini evindəki kimi hiss etmələri vacibdir. Kontakt Home ailəsi olaraq onlara öz kiçik qayğımızı göstərmək istədik və lazım olacağını düşündüyümüz əşyaları yolladıq" deyə Kontakt Home-un ictimaiyyətlə əlaqələr üzrə meneceri Vəfa Rüstəmova bildirib.