Özbəkistanda koronavirusa yoluxanların sayı artdı


Dünya 07 Apr 2020 10:13:46 116 0

Özbəkistanda koronavirusa yoluxanların sayı artdı

Hazırda ölkədə 100 mindən çox insan karantindədir

Özbəkistanda koronavirusa yoluxanların sayı472-yə çatıb.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Son sutka ərzində Özbəkistanda 15 nəfər virusa yoluxub. Hazırda ölkədə 100 mindən çox insan karantindədir.

Qeyd edək ki, aprelin 6-dan ölkənin bütün vətəndaşları üçün məcburi özünütəcrid rejimi tətbiq olunur.