Kennedinin nəvəsinin meyiti tapıldı, nəticəsinin axtarışları davam edir


Dünya 07 Apr 2020 09:16:00 107 0

Kennedinin nəvəsinin meyiti tapıldı, nəticəsinin axtarışları davam edir

Bu gecə ABŞ-da Robert Kennedinin nəvəsi Meyv Kennedi Taunsend MakKinin meyiti tapılıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, dörd gün öncə səkkiz yaşlı oğlu Gideon ilə kanoedə okeana gedən Meyv itkin düşüb.

Qeyd etmək lazımdır ki, qadın və uşağın axtarışında onlarla mütəxəssis iştirak edib.

Meyvin cəsədi okean sahilində tapılıb.