Koronavirusa görə mobil əlavələr üçün xərclər iki dəfə artacaq


Digərləri 07 Apr 2020 08:31:00 109 0

Koronavirusa görə mobil əlavələr üçün xərclər iki dəfə artacaq

Koronavirusa görə izolyasiya fonunda mobil əlavələrin populyarlığının artması beş il ərzində proqramlarda istehlak xərclərinin iki dəfə artmasına səbəb olacaq. Bu barədə "Sensor Tower" şirkətinin proqnozunda deyilir.

Son.az ictnews.az-a istinadən bildirir ki, 2020-ci ildə Çində mobil proqramların yüklənilməsində kütləvi artım oyunlar və təhsil daxil olmaqla müxtəlif mobil proqram kateqoriyalarına böyük təkan verəcək. ABŞ bazarında da bu tendensiyanın davam edəcəyi gözlənilir.

Ekspertlərin fikrincə, 2024-cü ilədək mobil əlavələr üçün xərclərə görə Çin lider olacaq. İkinci və üçüncü yerlərdə isə bu müddət ərzində ümumi illik artım tempi 10 faizi ötəcək ABŞ və Yaponiya qərarlaşacaq.

2024-cü ildə həm "App Store", həm də "Google Play" mağazalarında mobil əlavələr üçün istehlak xərcləri 171 milyard dollara çatacaq ki, bu da ötən ildən iki dəfə çoxdur. Bununla belə analitiklər əlavə edib ki, Çində tənzimləmə mühiti bazarın inkişafı üzrə proqnozu çətinləşdirir.

Məlumata görə, Çində 2024-cü ildə bütün dünyada əlavələrin satışından 32 faiz paya sahib çıxacaq "Google Play" mağazası bloklanıb. Qitə Çin bazarı əlavələrin dərc edilməsi üçün bir neçə kiçik platformalara bölündüyü halda yerli "Android" smartfonçuları "Google Play"in alternativini yaradır.