Teztez kartof yeməyə dəyərmi?


Digərləri 06 Apr 2020 23:43:00 151 0

Teztez kartof yeməyə dəyərmi?

Özünü təcrid etmək pəhrizinizi yeniləmək və ya yeni yeməklər bişirməyə başlamaq üçün əla bir səbəbdir .

Yolda bir şey "atışdırmağa" və ofisə qaçmağa ehtiyac yoxdur. Ancaq daim evdə olanda qəbul etdiyimiz qidanın miqdarına nəzarət etmirik.

Son.az medicina.az-a istinadən bildirir ki, ən çox müzakirə olunan qidalardan biri də kartofdur. Sağlam həyat tərzi və pəhriz pərəstişkarları kartofa qarşı davamlı "düşmənçilik" mövqetindədirlər, lakin əbəs yerə.

Kartofun hansı faydalarının olduğu və əlavə kilo almamaq üçün necə yeyiləcəyi barədə sizə növbəti yazımızı təqdim edirik:

Kartof əla vitamin mənbəyidir. B2, B3, B6, B9 və C vitaminləri ilə zəngindir, immuniteti gücləndirmək məsələsində xüsusilə vacibdir. Bundan əlavə, kartofun tərkibində çox miqdarda orqanizmin hüceyrələrini qoruyan, sərbəst radikalların zədələnməsinin qarşısını alan və yaşlanma prosesini ləngidən antioksidanlar vardır.

Kartof yumrularının tərkibində "davamlı" nişasta var, bu da lif kimi qan şəkərinin səviyyəsini idarə etməyə kömək edir ki, bu da 2-ci diabetin qarşısını alır.

Kartofun digər vacib bir üstünlüyü yüksək kalium tərkibli olmasıdır. Orqanizmdə bu mineralın çatışmazlığı bir çox xoşagəlməz nəticələrə səbəb olur, çünki kalium əzələlərin düzgün işləməsi üçün vacibdir, hüceyrə mübadiləsi, sinir və ürək-damar sistemlərinin normal işləməsi üçün zəruridir.