"Bu virus güllədən də pis yaralayır, cəhənnəm əzabı çəkirəm" Koronaviruslu tibb bacısı


Digərləri 06 Apr 2020 23:36:00 168 0

"Bu virus güllədən də pis yaralayır, cəhənnəm əzabı çəkirəm"  Koronaviruslu tibb bacısı

ABŞ-ın Tennessi ştatında reabilitasiya mərkəzində işləyən və COVID-19-a yoluxan tibb bacısı infeksiyanın onun səhhətinə təsiri barədə danışıb.

Son.az medicina.az-a istinadən bildirir ki, Sareka Uilyams xəstəliyi ağır güllə yarasına bənzədib.

"Mənə heç vaxt atəş açılmayıb, ancaq belə görünür ki, bu xəstəlik güllədən pis yaralayır. Cəhənnəm əzabı çəkirəm", - deyə qadın etiraf edib.

Tibb işçisinin sözlərinə görə, koronavirus infeksiyası səbəbindən o, çətinliklə yemək yeyə və hərəkət edə bilir, hər nəfəsalma ona dəhşətli ağrılar verir.