Koronavirusdan sağalan hamilə qadın uşaq dünyaya gətirib


Digərləri 06 Apr 2020 21:00:00 134 0

Koronavirusdan sağalan hamilə qadın uşaq dünyaya gətirib

Misirdə koronavirusdan sağalan hamilə qadın uşaq dünyaya gətirib. Son.az AZƏRTAC-a istinadən bildirir ki, 35 yaşlı misirli qadın doqquzaylıq hamiləlik müddətində Qırmızı dəniz sahilindəki Hurhaqa şəhərindəki xəstəxanada COVID-19 virusundan on gün ərzində müalicə olunub. Tamamilə sağalandan sonra onun üzərində uğurlu qeysəriyyə əməliyyatı aparılıb. Xəstəxananın cərrah-ginekoloqu Radə Naccar bildirib ki, qadın özünü yaxşı hiss edir və Adəm adlı körpədən də koronavirus analizi götürülüb.

Misirdə iki gün əvvəl də COVID-19 virusuna yoluxmuş 30 yaşlı başqa bir hamilə qadın Esna xəstəxanasında karantin altına alınıb. Səkkizaylıq hamilə olan bu gələcək ananın da tam sağaldığı bildirilir.