Fransa Çindən 2 milyarddan çox maska sifariş edib


Dünya 06 Apr 2020 20:19:00 143 0

Fransa Çindən 2 milyarddan çox maska sifariş edib

Fransa yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə üçün Çindən 2 milyard ədəddən çox maska sifariş edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Çin Mərkəzi Televiziyası Fransanın Səhiyyə naziri Olivye Verana istinadla məlumat yayıb.

Nazir daha əvvəlki açıqlamalarında Fransada həftədə 40 milyon maskanın istifadə olunduğunu demişdi. Pandemiya ilə mübarizənin ön cəbhəsində olan tibb işçiləri, polislər, evlərdə yaşlı adamlara baxıcılıq edənlər maska qıtlığından şikayət ediblər.

Qeyd edək ki, Çin hökuməti daha əvvəl pandemiya ilə mübarizə üçün 1 milyon tibbi maska, 1,5 milyon əlcək, 10 min qoruyucu geyimi Fransaya ianə olaraq göndərib.