Ramzan Kadırov sürücünü döyən polisi mükafatlandıracaq


Digərləri 06 Apr 2020 19:40:00 153 0

Ramzan Kadırov sürücünü döyən polisi mükafatlandıracaq

Ramzan Kadırov özünütəcrid qaydalarını pozan sürücüyə qarşı fiziki güc tətbiq edən polis əməkdaşını müdafiə edib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Çeçenistan prezidenti bu barədə hökumət üzvləri ilə iclasda açıqlama verib.

"Minlərlə insanı dəfn etməkdənsə, bir şəxsi vurmaq daha yaxşıdır. Məhz bu səbəbdən sərt tədbirlər həyata keçirilir. Kimi lazımdırsa, dəyənəklə döyəcəm. Xalqımı qorumaq naminə qaydalara riayət etməyən şəxsləri həbsxanalara, zirzəmilərə salacağam", - Kadırov bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə Çeçenistanın Arqun şəhərində karantin qaydalarını pozaraq, küçəyə çıxan gəncin polis tərəfindən döyülməsini əks etdirən görüntülər yayılmışdı. Polis əməkdaşının davranışı sosial şəbəkə istifadəçiləri tərəfindən hiddətlə qarşılanıb.