Putin və Netanyahu koronavirusla mübarizədə birgə səyləri dəstəkləyib
Dünya 06 Apr 2020 18:10:00 116 0
Rusiya Prezidenti Vladimir Putin və İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.
Son.az Trend-ə istinadən bildirir ki, tərəflər koronavirusun yayılması ilə mübarizədə birgə səyləri möhkəmləndirmək barədə danışıb.
Bundan başqa, ölkələr arasında ikitərəfli əməkdaşlığın aktual məsələləri də müzakirə olunub.
Qeyd edək ki, bu günədək Rusiyada 6 343 nəfər koronavirusa yoluxub, 47 nəfər ölüb, İsraildə isə 8 611 nəfər yoluxub, 51 nəfər virusun qurbanı olub.
Mənbə: milli.az