Britaniyada koronavirusdan ölənlərin sayı 5 368-ə çatdı


Dünya 06 Apr 2020 18:10:13 120 0

Britaniyada koronavirusdan ölənlərin sayı 5 368-ə çatdı

Bu, son bir həftədə günlük ən aşağı ölüm göstəricidir

İngiltərə, Uels və Şotlandiyada koronavirus qurbanlarının sayı artıb.

“Report” “Daily Mail”ə istinadən xəbər verir ki, Böyük Britaniyada daha 434 nəfər koronavirusun qurbanı olub.

Məlumata görə, son sutkada İngiltərədə 403, Şotlandiya və Uelsdə isə ümumilikdə 31 ölüm faktı qeydə alınıb.

Beləliklə, Böyük Britaniyada virusdan ölənlərin sayı 5 368-ə yüksəlib.

Bildirilib ki, bu, son birhəftədə günlük ən aşağı ölüm göstəricidir. Qeyd edək ki, martın 31-i ölkədə sutkada 393 ölüm faktı qeydə alınmışdı.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırdavirus 208 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 288 000-i ötüb. Bunların 272 074 nəfəri sağalıb, 70 569nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.