Nuşirəvan Məhərrəmli vəzifəsindən azad edildi


Digərləri 06 Apr 2020 18:06:34 179 0

Nuşirəvan Məhərrəmli vəzifəsindən azad edildi

Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.

MTRŞ-dan Son.az-a verilən məlumata görə, iclasda təşkilati məsələlərə baxılıb.

Şuranın sədri Nuşirəvan Məhərrəmli vəzifəsindən azad edilib.

"Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə"nin 17-ci bəndinə uyğun olaraq Milli Televiziya və Radio Şurasının üzvü İsmət Rəcəb oğlu Səttarov Milli Televiziya və Radio Şurasının sədri seçilib.