İş yerlərinin qorunması, məşğulluğa və sosial rifaha dəstək məqsədilə hansı addımlar atılacaq?


Digərləri 06 Apr 2020 17:24:00 164 0

İş yerlərinin qorunması, məşğulluğa və sosial rifaha dəstək məqsədilə hansı addımlar atılacaq?

Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planı koronavirus pandemiyasının milli iqtisadiyyata, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması, mövcud şəraitdə sosial rifahın dəstəklənməsi üçün genişmiqyaslı, təsirli və məqsədəuyğun tədbirləri özündə əhatə edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Son.az-a bildirilib ki, sənəddə iş yerlərinin qorunması, məşğulluğa və sosial rifaha dəstəyin təmin olunması əsas istiqamətlər sırasındadır.

Belə ki, Tədbirlər Planına əsasən, məşğulluğa və sosial rifaha dəstək, o cümlədən işçilərin işsizlik riskindən qorunması və sosial müdafiəsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aşağıdakı istiqamətlərdə tədbirlər görüləcək:

Dövlət sektoru üzrə işçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verilməməsi və məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının saxlanması üçün aprel-may aylarında müvafiq işlər aparılacaq. Bu istiqamət üzrə görüləcək işlər həmin sektorda çalışan 910 min işçini əhatə edəcək.

Qeyri-dövlət sektoru üzrə işçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verilməməsi məqsədilə aprel-may aylarında işəgötürənlərlə bağlı iş aparılmaqla, gündəlik nəzarət təmin ediləcək. Bu istiqamətdə işlər isə qeyri-dövlət sektorunda çalışan 664 min işçini əhatə edəcək.

İşsiz və işdən azad olunmuş şəxslərin məşğulluğu və sosial müdafiəsi istiqamətində Nazirlik tərəfindən:

50 min haqqı ödənilən ictimai iş yerinin (2020-ci ilin aprel-may ayları) yaradılması vasitəsilə həmin iş yerlərində işsiz şəxslərin müvəqqəti məşğulluğu təmin ediləcək. Bu məqsəd üçün 30 milyon manat vəsait nəzərdə tutulub;

Nazirlik yanında Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə (200 min nəfər) 2020-ci ilin aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə veriləcək. Bunun üçün 70 milyon manat yönəldiləcək;

İşsizlikdən Sığorta Fondu, BMT İnkişaf Proqramı və Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən özünüməşğulluq proqramının genişləndirilməsi və icrasının sürətləndirilməsi təmin olunacaq. Proqram bu il üzrə 11 min nəfəri əhatə edəcək və İşsizlikdən Sığorta Fondu hesabına bu məqsəd üçün 70 milyon manat ayrılması nəzərdə tutulub;